Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Saatlıda aksiya: 'Yeni icra başçısı ilk vaxtlar...' (Video)


Saatlıda aksiya. 28 aprel 2021
Saatlıda aksiya. 28 aprel 2021

Bu gün, aprelin 28-də bir qrup sakin Saatlı rayon İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçiriblər. Onlar Saatlı rayon İcra Hakimiyyəti başçısı ilə görüşmək istədiklərini söyləyiblər.

Aksiyaya toplaşanlar müxtəlif şikayətlər dilə gətiriblər. Onların deməsinə görə, əkin torpaqlarını imkanlı şəxslər zəbt ediblər, pambıq tarlaları susuz, müharibə iştirakçıları işsiz qalıb, ağır xəstə olan şəxslər əlillik dərəcəsi ala bilmirlər. Onlar icra başçısının qəbuluna düşə bilmədiklərini bildiriblər.

Sakinlərdən bəziləri icra hakimiyyəti aparatının binasına keçməyə cəhd ediblər, polis qarşısını alıb.

Şikayətçi: "Mən bu suala cavab almaq üçün gəlmişdim"

Aksiya iştirakçılarının AzadlıqRadiosuna deməsinə görə, şikayətçilər, əsasən, Qıraqlı, Məzrəli, Əliabad kəndlərindən və Saatlı şəhərindən olublar.

Mustafabəyli kəndinin sakini Abış Astanov aksiyanın qəflətən baş verdiyini deyir:

"Problem hər evdə var"

"İcra hakimiyyətində qəbul edilməyən adamlar binanın önünə toplaşaraq problemlərini dilə gətirdilər. Problem isə nəinki hər yaşayış məntəqəsində, hətta hər evdə var. Mənim ailəm altı nəfərdən ibarətdir. İki uşağım tələbə, ikisi isə məktəblidir. Həyat yoldaşım onkoloji xəstədir. Ailəmdən bir oğlum işləyir, o da 250 manat maaş alır. Bu pulla necə dolanmaq olar? Mən bu suala cavab almaq üçün gəlmişdim".

Saatlıda etiraz: Vətəndaşlar nə tələb edir?
Gözlə

No media source currently available

0:00 0:01:38 0:00

A.Astanov iddia edir ki, narazılığı yaradan məmurlarıdır: "Ötən il Saatlı rayonuna yeni təyin edilən icra başçısı Elmir Bağırov ilk vaxtlar bir neçə dəfə vətəndaşları qəbul etdi. Sonradan nə bir adamı qəbul edir, nə də kəndlərə çıxır. Mərkəzi icra hakimiyyəti orqanlarına etdiyimiz şikayətlərə də baxılmır. Bilmirik sözümüzü kimə deyək...".

İcra hakimiyyətindən cavab

Saatlı rayon İcra Hakimiyyəti başçısının köməkçisi Ruhid Əzizov da şikayətçilərin gəldiyini təsdiqləyir. Amma o, ünvanlarına səslənən ittihamlarla razılaşmır: "İcra hakimiyyətində hər həftə qəbul keçirilir. Bu gün (aprelin 28-də) də olub. İcra başçısı vətəndaşları şəxsən özü qəbul edir. Təbii ki, səlahiyyətimizə aid məsələləri həll edə bilirik. Bu gün o şikayətçilərin içində müharibə iştirakçılarının tələbi haqlı idi. Onlar yerli bələdiyyələr tərəfindən torpaq ayrılmasını istəyirdilər. Bu məsələ operativ olaraq həll ediləcək".

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG