Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:17

Ukrayna Rusiyanın Odessa konsulunu ölkədən çıxarır


Rusiyanın Odessadakı konsulluğu
Rusiyanın Odessadakı konsulluğu

Ukrayna Rusiyanın Odessadakı konsulunu “persona non grata” elan edib. Bundan əvvəl iki ölkə arasında davam edən diplomatik çəkişmədə Rusiya Ukraynanın iki diplomatının ölkədən çıxarılması barədə qərar qəbul etmişdi.

Rəsmi Kiyev aprelin 27-də bəyan edib ki, Odessadakı Rusiya konsulunun Ukraynadan çıxması üçün aprelin 30-dək vaxt verilib.

Moskva və Kiyev arasında davam edən gərginlik əsnasında Rusiya aprelin əvvəllərində Ukraynanın Sankt Peterburqdakı konsulunu əvvəlcə həbs etmiş, sonra isə ölkədən çıxarmışdı.

Rusiya hakimiyyət orqanları diplopmatı məxfi xidmət agentindən şəxsi məlumat almaq cəhdində ittiham edirdi.

Kiyev buna cavab olaraq bir Rusiya diplomatını qovduqdan sonra, Rusiya aprelin 26-də daha bir Ukrayna diplomatını ölkədən çıxarıb.

Ukrayna diplomatın onun peşəsi ilə bir araya sığmayan fəaliyyətlə məşğul olmasına dair Rusiyanın iddialarını rədd edib.

Baltik səfirləri Rusiya XİN-ə çağırılıb

Kiyev bildirib ki, Moskva Rusiyadakı Ukrayna diplomatlarına qarşı təqibləri dayandırmasa, Ukrayna cavab addımları atacaqdır.

İki ölkə arasında qarşıdurma, Rusiya 2014-cü ildə Krım yarımadasını qanunsuz ilhaq etdikdən sonra başlanıb.

Moskva bunun ardınca Ukraynanın şərqindəki separatçılara silah və canlı qüvvə ilə dəstək verib.

Rusiya Ukrayna münaqişəsində iştirak etdiyini danır, lakin bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin demişdi ki, “biz Donbası tək qoymayacağıq”.

Bu arada Slovakiya və üç Baltik respublikasının səfirləri aprelin 28-də Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunublar.

Slovakiya, Polşa və Macarıstanın baş nazirləri aprelin 26-də bildiriblər ki, onlar Rusiya diplomatlarının Çexiyadan qovulmasını tam dəstəkləyirlər.

Praqa Moskvanı 2014-cü ildə Çexiyanın silah anbarlarından birində partlayış törətməkdə ittiham edir.

Litva, Latviya və Estoniya aprelin 22-də Rusiya diplomatlaırnı qovan NATO və Avropa İttifaqı ölkələrinin aksiyasına qoşulublar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG