Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 23:57

Vyanada nüvə danışıqları bərpa olunur


Vyanada 22 aprel danışıqları

Aprelin 27-də Vyanada İranın nüvə sazişi üzrə danışıqlar bərpa olunmalıdır. Bu haqda Avropa Birliyi (AB) bəyanat yayıb. Məqsəd Birləşmiş Ştatları 2015-ci il sazişinə qaytarmaq, Tehranı saziş öhdəliklərini pozmamağa inandırmaqdır.

İran, Çin, Rusiya, Fransa, Britaniya, Almaniya arasında, Birləşmiş Ştatların dolayısı iştirakıyla keçirilən danışıqlara AB vasitəçilik edir. Tərəflər razılaşma bərpa olunacağı halda atılması vacib addımları müzakirə etməyə çalışırlar.

ABŞ-ın nümayəndə heyəti Vyanada ayrıca oturur və beş ölkə təmsilçiləri tərəflərlə ayrı-ayrlıqda görüşür. Çünki İran Birləşmiş ştatlarla birbaşa danışıqları rədd edib.

AB ötən həftəki raunddan sonra bildirib ki, iştirakçılar danışıqlardakı “proqresi nəzərdən keçirirlər”, amma görüləsi çox iş var.

Vaşinqton 2018-ci ildə nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. Bundan sonra İran da saziş çərçivəsindəki öhdəliklərini pozmağa başladı.

2015-ci il sazişi Tehranın nüvə proqramını məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tutur. İran nüvə fəaliyyətinin dinc məqsədli olduğunu deyir.

Şərhlər

XS
SM
MD
LG