Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 19:22

Çexiyada Rusiyaya görə prezidentlə hökumət mübahisə edirlər


Miloş Zeman
Miloş Zeman

Çexiya hökuməti aprelin 26-də bəyan edib ki, 2014-cü ildə ölkənin silah anbarlarından birində törədilmiş partlayışın arxasında Rusiyanın olması iddiaları “çox inandırıcıdır”.

Çexiya prezidenti Miloş Zeman aprelin 25-də bu iddiaları şübhə altına alıb və deyib ki, partlayış ehtiyatsızlıq üzündən də baş verə bilərdi.

Moskvaya münasibətdə rəğbəti ilə tanınan Zeman aprelin 26-da televiziya ilə xalqa müraciətində deyib ki, 2014-cü ildə Çexiyanın Vrbetitse şəhəri yaxınlığında baş vermiş partlayışın iki səbəbi ola bilərdi.

O deyib ki, versiyalardan biri partlayışı Rusiya Baş Kəşfiyyat İdarəsi – GRU agentlərinin törətməsidir.

Lakin onun fikrincə ikinci versiya silahlarla ehtiyatsız davranışdır.

Zeman demişdi ki, o istintaqın hər iki versiyasına ciddi yanaşır və təhqiqatın dəqiq aparılacağına ümid edir.

Baş nazir Andrey Babiş aprelin 17-də demişdi ki, Çexiya kəşfiyyatı və təhlükəsizlik xidmətlərinin xəfiyyələrinin təqdim etdikləri “birmənalı dəlillər” sözü gedən partlayışın arxasında GRU-nun 29155-ci bölümündən “şübhələnməyə” tam əsas verir.

Çexiya bu iddialarla bağlı Rusiyanın 18 diplomatını ölkədən qovub. Moskva cavab olaraq Çexiyanın 20 diplomatını ölkədən çıxarıb.

Zeman: “Nə sübut, nə də təsdiq olunub”

Çexiya Təhlükəsizlik İnformasiyası Xidmətinin hesabatından danışan Zeman bildirib ki, GRU-nun axtarışa verilən iki agentinin anbarın partlayışındakı iştirakı “nə sübut, nə də təsdiq olunub”:

"Ümid edirəm ki, biz həqiqəti müəyyən edəcəyik və bu şübhənin nə dərəcədə əsaslı olsduğunu biləcəyik. Əgər şübhə təsdiqlənsə, mənim bütün mühüm ölkələrlə yaxşı münasibətlərə dəstəyimə baxmayaraq, Rusiya Federasiyası bu ehtimal edilən aktın bədəlini ödəməli olacaq”.

Zemanın bu bəyanatına cavab olaraq həm də daxili işlər naziri vəzifəsini icra edən baş nazir müavini Yan Hamaçek deyib ki, 2014-cü il partlayışnı təhqiq edən kəşfiyyatın, polisin və müstəntiqlərin informasiyası güclüdür:

"Çexiya Respublikası olaraq biz çox sərt hərəkət etmişik, deməli sübutumuiz çox güclü olub. Mənim bildiyimə görə, Vrbetitse işi ilə bağlı təhqiqatın yalnız bir xətti var və bu GRU-nun 29155 qrupu üzvlərinin hərəkətləri ilə bağlıdır. Prezidentin çıxşı belədir ki, ondan hamı, təəssüf ki, Rusiya Federasiyası da daxil özünə xoş gələn nəticəni çıxara bilər”.

Etiraz aksiyaları

Səlahiyyətləri əsasən mərasim xarakteri daşıyan Zeman tez-tez rusiyayönlü fikirlər səsləndirib və Moskvaya dost münasibəti ilə tanınıb.

Vrbetitsedə 2014-cü ilin 16 oktyabrında baş vermiş partlayış anbardakı 50 ton silahı partladıb və bu zaman iki nəfər həlak olub.

Kreml bu insidentlə hər hansı əlaqəsini inkar edir.

Hadisə ilə bağlı Çexiyada kütləvi etiraz aksiyaları keçirilir və Praqa və digər şəhərlərdə keçiriləcək növbəti aksiya aprelin 29-a planlaşdırılıb. Etirazlarda prezident Zrmandan da narazılıq ifadə olunur.

Çexiya mediası yazır ki, Vrbetitsedə sıradan çıxarılmış silahlar Rusiya tərəfindən dəstəklənən Donbas separatçılarına qarşı döyüşən Ukrayna hökumət qoşunlarına göndərilməliymiş.

İstintaqın materiallarında deyilir ki, anbar partlayışına görə, 2018-ci ildə İngiltərədə Skripalların zəhərlənməsində şübhəli bilinən iki agent axtarışa verilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG