Keçid linkləri

2024, 02 İyun, bazar, Bakı vaxtı 04:32

Türkiyədə 400-dən çox hərbçinin həbsi istənilir


Çevriliş cəhdindən sonra İstanbulda hərbçilərin həbsi, 16 iyul, 2016-cı il
Çevriliş cəhdindən sonra İstanbulda hərbçilərin həbsi, 16 iyul, 2016-cı il

İstanbulda 258 şübhəlinin həbsinə order verilib. Onların dördü polkovnik, biri polkovnik leytenant, doqquzu mayor, 24-ü kapitandır

Türkiyədə 532 şübhəlinin saxlanmasına order çıxarılıb, onlardan 459- xidmətdə olan hərbçidir. Həbslər ABŞ-da yaşayan vaiz Fətulla Gülənə yaxın adamlara qarşı əməliyyat çərçivəsində aparılıb.

Ankara Güləni 2016-cı ildə dövlət çevrilişinə cəhdin arxasında durmaqda ittiham edir. Həmin hadisələrdə 250-dən çox öldürülən olub. Gülən isə çevriliş cəhdində əli olmadığını bildirir.

Anadolu dövlət xəbər agentliyi ölkənin 62 vilayətində təhqiqat aparıldığını xəbər verir.

İstanbulda 258 şübhəlinin həbsinə order verilib. Onların dördü polkovnik, biri polkovnik leytenant, doqquzu mayor, 24-ü kapitandır. Qərbi İzmir şəhərində isə əksəriyyəti xidmət keçən hərbçi olmaqla 274 nəfərin həbsi istənilir.

2016-cı il hadisələrindən sonra 80 minədək şəxs saxlanıb, 150 min dövlət qulluqçusu, hərbçi və başqaları işdən çıxarılıb. Türkiyə ordusundan 20 mindən çox qulluqçunun kənarlaşdırıldığı bildirilir.

XS
SM
MD
LG