Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

İraqda xəstəxanada baş verən yanğında azı 82 koronavirus xəstəsi ölüb


Yanğın olan xəstəxana
Yanğın olan xəstəxana

Aprelin 25-də İraqın paytaxtı Bağdadda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxananın reanimasiya şöbəsində baş verən yanğın nəticəsində ən azı 82 nəfər ölüb, 100-dən çox adam xəsarət alıb.

Reuters və AFP-in yaydığı məlumata görə, anbarda oksigen balonu partlayıb. Xəstəxanada yanğından mühafizə sistemi olmayıb və həm də xəstəxanadakı matreallar tez alışan matreallar olub.

Məlumatlara görə, xəstələrin çoxu tənəffüs aparatlarından ayrılmalı olduqları üçün ölüblər.

Ölkədə üç günlük matəm elan edilib. Səhiyyə naziri müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılıb.

Bağdada yanğın baş verdiyi xəstəxana, 25 aprel 2021
Bağdada yanğın baş verdiyi xəstəxana, 25 aprel 2021

XS
SM
MD
LG