Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 05:06

İndoneziya batan gəmidə bütün ekipaj üzvlərinin həlak olduğunu açıqlayıb


Batan sualtı gəmin axtarışları

İndoneziya sualtı gəminin batdığını və gəmidə olanların hamısının həlak olduğunu açıqlayb. Ölkə prezidenti həlak olan hərbçilərin ailələrinə başsağlığı verib.

Aprelin 21-də təlim zamanı itən İndoneziya donanmasın "Nangala" dizel sualtı qayığı Bali dənizinin dibində, təxminən 850 metr dərinlikdə tapılıb. Batan gəmidə 53 nəfərin olduğu bildirilir.

500 metr dərinliyə uyğun yüklənməyə hesablanan sualtı qayığın daha çox dərinə eniş etdiyi vurğulanır.

Bali kurort adasının şimalındakı sularda torpedo atışları ilə təlim manevrləri edən gəmi ilə təyin olunan vaxtda əlaqə qurmaq mümkün olmayıb. Qayığın batması ehtimal edilən yerdə yağ ləkələri müçahidə olunub. Axtarış-xilasetmə əməliyyatları zamanı ekipaja məxsus olduğu ehtimal olunan namaz kilimləri tapılıb.

"Nangala" qayığı İndoneziya Hərbi Dəniz Qüvvələrində xidmətdə olan beş gəmidən biridir.

1983-cü ildə Almaniyada inşa edilən gəmi 2012-ci ildə Cənubi Koreyada modernləşdirilib və Şərqi Timordakı döyüşlərdə iştirak edib.

XS
SM
MD
LG