Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 21:09

Professor: 'İnsanlar xəstəxanaya ağır durumda gedirlər'


Koronavirusa yoluxmuş xəstələr idman zalında müalicə olunur, Belqrad, 22 aprel 2021
Koronavirusa yoluxmuş xəstələr idman zalında müalicə olunur, Belqrad, 22 aprel 2021

Artıq həftələrdir Azərbaycanda COVİD-19 infeksiyasına yoluxanlar arasında gündəlik ölüm 30 civarında dəyişir.Halbuki, yoluxma gündəlik ölümün bu qədər olduğu dönəmlərlə müqayisədə bir elə də yüksək deyil.

AzadliqRadiosunun yaranmış durumla bağlı müraciət etdiyi ekspertlər narahatlıqlarını bölüşür. Professor Adil Qeybulla da ölüm sayının çox olmasının narahatlıq doğurduğunu bildirib:

“Əhali sayını götürdükdə...”

“Əhali sayını götürdükdə, başqa ölkələrlə müqayisədə Azərbaycanda ölüm sayı yüksəkdir. Bu, birinci növbədə onunla izah olunur ki, insanlar xəstəxanaya ağır durumda gedirlər. İkinci, xəstəxanaların daxilindəki durumdan xəbərsizik, yəni xəstə sayı çarpayı sayına yaxın olanda nəzərə alın ki, tibb personalı da yetərincə deyil.”

Adil Qeybulla, 2013
Adil Qeybulla, 2013

Professorun fikrincə, qeyd edilən amillər təsirsiz ötüşmür:

“Nəhayət, virusun mutasiya olunmuş ştammların həm yoluxuculuq, həm də başqa təsir edən amilləri də var. Sadaladıqlarım ölüm faizinin yüksək olmasında özünü göstərir”.

Adil Qeybulla bildirir ki, hazırda növbəti mutasiya ştammlarından biri Litva mutasiyasıdır, onun yoluxuculuq xüsusiyyəti elə yüksək deyil.

Peyvənd vurulması, arxiv foto
Peyvənd vurulması, arxiv foto

“Peyvəndlənmə hesabına yaranmış immunitet də təsir göstərəcək”

Adil Qeybullanın qənaətincə, virus yay fəslinə qədər xeyli zəifləyəcək:

“Digər tərəfdən peyvəndlənmə hesabına yaranmış immunitet də təsir göstərəcək”.

'Nərə balığını axırıncı dəfə sovet vaxtı yemişik'
Gözlə

No media source currently available

0:00 0:05:50 0:00

Milli Məclisin deputatı Məlahət Həsənova isə indiki vəziyyətdə çətinlik yaradan əsas amil kimi nəqliyyatda sıxlığın olduğunu göstərib:

“Çünki metronun fəaliyyətinin dayandırılması istər-istəməz insanları avtobuslara yönəldir, onlarda isə sıxlıq yaranıır. Nəticədə yerüstü ictimai nəqliyyat metronun daşıdığı yükü götürə bilmir. Hamımız da bilirik ki, paytaxtda ən çox sərnişin daşıyan nəqliyyat metrodur. Təsvvür edin ki, böyük ərazini əhatə edən metro işləmirsə, avtobuslarda hansı saxlıq yaranır.”

Məlahət Həsənova, 2018
Məlahət Həsənova, 2018

“Hamı qaydalara tam riayət etmir”

Üstəlik, deputatin fikrincə, nə qədər qoruyucu maskalardan istifadə olunsa da, hamı qaydalara tam riayət etmir:

“ Məsafə gözlənilmir, maskadan düzgün istifadə edilmirsə, yoluxma artmacaq. Ona görə də nəqliyyat sahəsində tənzimlənməyə ehtiyac var. Başqa amil evdə xəstəliyi yüngül keçirənlər də kənara çıxırlar və yayırlar, bu mənada onlara ciddi nəzarət lazımdır. Türkiyədə evdə xəstəliyini keçirənlərə qarşı polis rejimindən istifadə edilir, hətta küçələrdə nəzarətçilər olur. Təəssüf ki, bizdə bu yöndə zəiflik var. Sadaladığım amillər xəstələrin artmasına təsir göstərir.”

Məlahət Həsənova hazırda dünyada koronavirusa qarşı mübarizədə yeni qaydanın kəşf olunmadığını bildirib:

“İnsanlar məlum 3 qaydaya riayət etməlidir”

“Ölkələr yenə də əsas 3 qaydaya riayət edirlər: maskalardan istifadə, sosial məsafə və peyvəndlənmə. Bir sıra ölkələrdə insanlar məhdudlaşdırıcı qaydalara böyük etiraz aksiyaları keçirirlər. Bəli, canlı varlıq olan insanlar psixoloji cəhətdən yorulurlar. Son vaxtlar Avropa ölkələrində və Türkiyədə yoluxma sayı artıb. Belə olanda, insanlar məlum 3 qaydaya riayət etməlidir”.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3 milyondan çox adamın vəfat etdiyi açıqlanıb .Azərbaycanda isə ümumilikdə 311 465 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4342 nəfərin vəfat etdiyi bildirilir. Azərbaycanda ötən ilin martından karantin rejimidir.

Ölkədə peyvəndləməyə yanvarın 18-dən başlanıb. Azərbaycanda əsasən Çinin "Sinovac" şirkətinə məxsus peyvəndən istifadə edilir.Şirkətə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün.

Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların vurğulamasına görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.Hazırda yaşı 40 və ondan yuxarı olan şəxslərə peyvənd vurulduğu bildirilir.

Vaksinasiya dövlət hesabına həyata keçirilir. İndiyə qədər ölkədə 1,4 milyondan çox insanin peyvənd edildiyi açıqlanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG