Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 00:04

Putinlə Paşinyan Qarabağdan danışıb


Putin (sağda) və Paşinyan, Moskva, 7 aprel 2021

Aprelin 24-də Rusiya prezidenti Valdimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Rusiya prezidenti mətbuat xidmətinin yaydığı məlumatına görə, təşsəbbüs Ermənistan tərəfindən olub.

Məlumata görə, tərəflər Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.

"Rusiyalı sülhməramlıların səyləri sayəsində bölgədəki vəziyyətin sabit və sakit qaldığı məmnuniyyətlə ifadə edildi" deyə məlumatda vurğulanır.

Bildirilir ki, tərəflər aktual məsələlərlə bağlı ikitərəfli əməkdaşlıq, o cümlədən enerji məsələlərini müzakir ediblər.

Kremlin mətbuat xidməti bildirir ki, Paşinyan Ermənistandakı daxili vəziyyət və iyuna təyin olunmuş parlament seçkiləri ilə bağlı da Putini məlumatlandırıb.

Şərhlər

XS
SM
MD
LG