Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 00:10

İndoneziyada yoxa çıxan sualtı gəmi dənizin dibində tapılıb


İndonziyanın sualtı qayığı "Nanqala", arxiv foto

Aprelin 21-də təlim zamanı itən İndoneziya donanmasın "Nangala" dizel sualtı qayığı Bali dənizinin dibində, təxminən 850 metr dərinlikdə tapılıb. Batan gəmidə 53 nəfərin olduğu bildirilir və hava təchizatının indiyə qədər tükənməli olduğu vurğulanır. 500 metr dərinliyə uyğun yüklənməyə hesablanan sualtı qayığın daha çox dərinə eniş etdiyi bildirilir.

Bali kurort adasının şimalındakı sularda torpedo atışları ilə təlim manevrləri edən gəmi ilə təyin olunan vaxtda əlaqə qurmaq mümkün olmayıb. Qayığın batması ehtimal edilən yerdə yağ ləkələri müçahidə olunub. Axtarış-xilasetmə əməliyyatları zamanı ekipaja məxsus olduğu ehtimal olunan namaz kilimləri tapılıb.

"Nangala" qayığı İndoneziya Hərbi Dəniz Qüvvələrində xidmətdə olan beş gəmidən biridir.

1983-cü ildə Almaniyada inşa edilən gəmi 2012-ci ildə Cənubi Koreyada modernləşdirilib və Şərqi Timordakı döyüşlərdə iştirak edib.

Şərhlər

XS
SM
MD
LG