Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:01

İranda ‘peyğəmbəri təhqirə’ görə iki nəfərə edam hökmü oxunub


ABŞ-da İranla bağlı xəbər və təhlillər hazırlayan agentliyin verdiyi məlumata görə İranda iki nəfər iddia olunduğuna görə, Məhəmməd peyğəmbəri təhqir etdiklərinə görə edam cəzasına məhkum edilib.

HRANA (Human Rights Activists News Agency) agentliyi aprelin 22-də bildirib ki, sözü gedən iki şəxs həbs olunaraq Arak şəhərinin həbsxanasına salınıb.

Arak məhkəməsi bu iki nəfəri “peyğəmbəri təhqir etməkdə” təqsirli bilib.

İran qanunlarına görə belə bir hərəkət ölüm cəzasının verilməsini nəzərdə tutur.

İki nəfərdən birinin üç uşaq atası Yusef Mehrdad olduğu bildirilir. Bəzi mıəlumatlara görə onu iki aydır ki, təkadamlıq kamerada saxlayırlar.

Ona qarşı İran liderlərinin təhqir edilməsi, ölkənin milli təhlükəsizlyinə qəsd kimi ittihamlar da irəli sürülüb.

HRANA ikinci şəxsin kimliyini müəyyənləşdirə bilməyib.

Edamlardan sui-istifadə

2017-ci ildə İranda özünün bir neçə Facebook postunda Məhəmməd peyğəmbəri təhqir etməkdə ittiham olunan bir nəfər barəsində edam hökmü ləğv olunmuşdu.

Bu hökmün ləğv olunmasını insan haqları qrupları və fəalları tələb edirdilər.

Amnesty International beynəlxalq insan haqları təşkilatının ötən il üçün hesabatında İranın 246 nəfəri edam etdiyi qeyd olunur.

Beləliklə İran dünyanın ikinci ən böyük edamçısı olaraq qalır.

Londonda mənzillənmiş insan haqları təşkialtı bildirir ki, İranda əvvəlki illərlə müqayisədə edamların sayı azalıb.

Lakin bununla belə edam hökmlərindən dissidentlər, etirazçılar və etnik qrupların nümayəndələrinə qarşı vasitə kimi istifadə edilməsi halları artır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG