Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 03:44

Rüşvət iddiası ilə həkimlərin saxlanması davam edir


Sabirabad Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Fazil Əliyev tutulub.

Bu barədə bugün, aprelin 23-də Baş Prokurorluq məlumat yayıb.

“Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Fazil Əliyev 23 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir”

Hələlik, ittihama Fazil Əliyev və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Dünən, aprelin 22-də Bakıda "Yeni klinika" tibbi müəssisəsinin baş həkimi Pərviz Abbasov və Fövqəladə Hallar Nazirliyinin modul tipli xəstəxanasının rəhbəri İmran Ağayev həbs edilib.

Onlara qarşı da koronaviruslu xəstələrin müalicəsində rüşvət ittihamı irəli sürülüb.Amma ittihama onlardan və vəkillərindən də, hələlik, münasibət almaq mümkün olmayıb.

Şərhlər

XS
SM
MD
LG