Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 23:01

Ev dustaqlığı uzadıldı


DTX, XİN-nin əməkdaşlarını belə yaxaladı
Gözlə

No media source currently available

0:00 0:02:50 0:00

DTX XİN-nin əməkdaşlarını belə yaxaladı

Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin keçmiş müdiri Fərhad Molla-zadə, Konsulluq idarəsinin keçmiş rəisi Faiq Bağırov və digərləri barələrində seçilmiş ev dustaqlığı-qətimkan tədbiri uzadılıb.

Bu barədə qərar aprelin 22-də Səbail rayon Məhkəməsində istintaq orqanın təqdimatına baxılandan sonra verilib.

"Turan"a məhkəmədən verilən məlumata görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin olunub və ev dustaqlığı-qətimkan tədbirləri 3 ay müddətinə uzadılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) XİN-də ötən il iyulun 3-də keçirdiyi əməliyyat zamanı nazirliyin İşlər İdarəsinin müdiri, Tender Komissiyasının sədri Fərhad Molla-zadə, bu idarənin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq İdarəsinin şöbə rəisi Nurupaşa Abdullayev həbs olunmuşdu. F.Molla-zadə ilə S.Əlizadəyə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311-ci (rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. N.Abdullayevə isə yalnız rüşvət alma ittihamı verilib. Onlar tenderlərdə tanış adamların yaratdığı şirkətləri qalib elan edib, həmin şirkətlərin hesabına köçürülmüş vəsaitlərin bir hissəsini geri alıb mənimsəməkdə, xarici ölkə vətəndaşları üçün rüşvətlə viza düzəltməkdə suçlanırlar.

İyulun 7-də və 8-də daha iki nəfər tutulub. Bunlar nazirliyin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov və bu idarənin əməkdaşı İlqar Əliyevdir. Onlara qarşı da eyni ittihamlar irəli sürülüb.

İttihamlarla bağlı sözügedən şəxslər ictimaiyyətə hər hansı açıqlama verməyiblər.

XS
SM
MD
LG