Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 21:39

Orban təkrar acılımdan danışır


Budapeştdə gözəllik salonu

Baş nazir Viktor Orban deyir ki, Macarıstanda gələn həftənin ortasınadək əhalinin 40 faizinə peyvənd vurulmuş olacaq. Bu isə xidmət sektorunun böyük miqyasda təkrar açılmasına imkan verəcək.

Gələn il seçkidə ciddi rəqabətlə üzləşəcək Orban aprelin 23-də dövlət radiosuna danışıb. Onun sözlərinə görə, gələn həftədən əlində vaksinasiya kartı olanlar otellərə, qapalı restoranlara, teatr və kinoteatrlara, idman zallarına, idman tədbirlərinə, hamamlara və başqa yerlərə gedə biləcəklər.

Koronavirus pandemiyası Macarıstan iqtisadiyyatına ağır zərbə vurub. Bu ayın əvvəlində vaksinasiya 25 faizə çatandan sonra mağaza və xidmətlərin tədricən açılmasına başlanıb. Amma ölkənin Tibbi Palatası bunu vaxtından əvvəl adlandırıb.

Vaksinasiyanın uğurla getməsinə baxmayaraq Macarıstanda yoluxma və ölüm göstəriciləri bu yaxınlaradək yüksək həddə idi. 9.8 milyon əhalisi olan ölkədə 761 minədək yoluxma, 26 min ölüm qeydə alınıb.

Şərhlər

XS
SM
MD
LG