Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:51

Olimpiadalarda Rusiya himninin əvəzinə Çaykovski səslənəcək


Rusiya yığmasının Tokio oyunları üçün yeni formasında BOK-un icazəsi ilə milli bayrağın rənglərindən istifadə olunub
Rusiya yığmasının Tokio oyunları üçün yeni formasında BOK-un icazəsi ilə milli bayrağın rənglərindən istifadə olunub

Tokioda və Pekində keçiriləcək olimpiya oyunlarında Rusiyanın dövlət himni əvəzinə Pyotr Çaykovskinin fortepiano ilə orkestr üçün 1 nömrəli konsertinin parçaları səsləndiriləcək.

Bu qərar Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən aprelin 22-də təsdiq edilib.

Lozanna arbitraj məhkəməsinin qərarı ilə Rusiya komandalarına iki il müddətində bütün beynəlxalq idman turnirlərində ölkənin dövlət bayrağı və himni altında iştirak etmək qadağan olunub.

Bu hökm Rusiya idmançılarının antidopinq qaydalarını dəfələrlə pozduqlarına görə verilib.

İsveçrə məhkəməsinin hökmündə deyilir ki, mərasimlərdə və digər rəsmi tədbirlərdə Rusiyanın istənilən başqa himni də səslənə bilməz.

“Katyuşa” variantı da keçməyib

Elə bu kriteriyaya görə Rusiyanın beynəlxalq idman yarışlarında Mixail Qlinkanın “Vətənpərvərlik mahnısı”, “Rus xalqının duaları” və “Beynəlmiləl”dən istifadə etmək təklifi də rədd edilib.

Rusiya bundan əvvəl “Katyuşa” mahnısından istifadə etməyi planlaşdırırdı, lakin məhkəmə bu varianta da icazə verməyib.

Məhkəmə izah edib ki, “Rusiya ilə bağlı hər hansı başqa himn” müddəası adı çəkilən musiqi əsərlərinə də şamil olunmalıdır. Çünki söhbət ölkə ilə hər hansı şəkildə əlaqələndirilə biləcək musiqilərdən gedir.

Belə görünür ki, BOK Çaykovski musiqisinin Rusiya ilə bağlı olmadığı qənaətindədir.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, aprel ayında Rusiya yığması Tokio oyunları üçün yeni formasının təqdimatını keçirmişdi.

Bu geyimlərdə BOK-un icazəsi ilə milli bayrağın rənglərindən istifadə olunub.

Lakin idman dairələrində bu formanın o qədər də neytral təsir bağışlamadığına dair söhbətlər dolaşır.

Norveçin NRK telekanalı Antidopinq agentliyinin başçısı Anders Sulheymə istinadən bildirib ki, “Rusiya idmançıları əvvəlki qaydada, amma başqa ad altında çıxış edəcəklər”.

Telekanalın şərhçisi bildirib ki, bu cür güzəşt Rusiya idmançılarının dopinq mərəzini aradan qaldırmayacaq və Rusiya yığmasının qəbul edilmiş forması “bütün dünyaya orta barmağın göstərilməsinə” bənzəyir.

Şərhçi deyib ki, Rusiyaya qarşı sanksiyalar “parodiyaya” çevrilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG