Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Koronavirus müalicəsində rüşvət iddiası ilə həbslər başlayıb... (Video)


"Yeni klinika"
"Yeni klinika"

Bakıda "Yeni klinika" tibb müəssisəsinin direktoru Pərviz Abbasov həbs olunub. Bu barədə bu gün, aprelin 22-də Baş Prokurorluq məlumat yayıb.

Bildirilir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Açıqlamaya görə, ayrı-ayrı koronavirus xəstələrinin "Yeni klinika" tibb müəssisəsində stasionar müalicəsi məqsədilə onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat pul alınmasına əsaslı şübhələr yaranıb: "Cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdir".

Habelə, bildirildiyinə görə, P.Abbasova köməklik etmələrinə əsaslı şübhələr müəyyən olunmuş bəzi şəxslərə də həmin məcəllənin 32.5, 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə ittiham verilib, onlar da tutulub.

Rəsmi açıqlamaya, orada yer alan ittihamlara, hələlik, tutulan şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

"Yeni klinika" ötən il martın 28-də istifadəyə verilib.

FHN hospitalının baş həkimi saxlanılıb

Zığdakı Fövqəladə Hallar Nazirliyinin Modul Tipli Xəstəxanasının baş həkimi İmran Ağayev də saxlanıb. Bu barədə də bu gün, aprelin 22-də Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, baş həkimdən başqa, həmin müəssisənin qeydiyyatçıları (Taleh İmanlı, Qulu Orucov) da saxlanıb.

Bildirilir ki, koronavirus xəstələrinin həmin tibb müəssisəsində yerləşdirilməsi, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri əvəzində müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan bölünməsinə əsaslı şübhələr yaranıb: "İmran Ağayev və Taleh İmanlıya Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Qulu Orucov isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub".

Rəsmi açıqlamaya, orada yer alan ittihamlara, hələlik, adları çəkilən şəxslərdən və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan bu modul tipli hospitalı ötən il avqustun 31-də istifadəyə verilib.

Koronavirusa qarşı peyvənd: Saxta arayış vətəndaşa niyə lazımdır?
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG