Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Rusiya ABŞ-ın 10 diplomatını ölkədən çıxarır


ABŞ-ın Rusiyadakı diplomatik missiyasının səfir müavini Bart Qorman
ABŞ-ın Rusiyadakı diplomatik missiyasının səfir müavini Bart Qorman

Rusiya ABŞ-ın Moskvadakı səfirliyinin 10 əməkdaşını “personae non gratae” elan edib.

Moskva bildirir ki, bu, Vaşinqtonun 10 Rusiya diplomatının ölkədən qovulması qərarına cavab addımı kimi həyata keçirilir.

ABŞ Rusiya diplomatlarının ölkədən qovulmasını Kremlin Birləşmiş Ştatlara qarşı ziyanlı fəaliyyətləri ilə əlaqələndirmişdi.

Rusiya Xarici İşlər Nazirliyi bildirir ki, aprelin 21-də ABŞ-ın Rusiyadakı diplomatik missiyasının səfir müavini Bart Qormana səfirliyin 10 əməkdaşının ölkədən çıxarılması barədə notanı təqdim edib.

Notada bu diplomatlara Rusiyanı tərk etmələri üçün mayın 21-dək vaxt verilir.

Nazirliyin bəyanatında deyilir ki, bu tədbir Rusiyanın Vaşinqtondakı səfirliyi və Nyu Yorkdakı baş konsulluğu əməkdaşlarının ABŞ-dan çıxarılması qərarına cavab olaraq görülür.

Gərginliyin “qaynama” həddi

Qərb və Rusiya arasında gərginlik son həftələrdə Moskvanın Ukrayna sərhədi boyunca böyük qoşun hissələri cəmləşdirməyə başlamasından sonra “qaynama” həddinə çatıb.

Bundan başqa NATO üzvü Çexiya Rusiyanı 2014-cü ildə ölkənin silah anbarında partlayış törətməkdə ittiham edib.

Müxalifətçi Aleksey Navalnının əvvəlcə zəhərlənməsi və sonra həbs olunması da bu münasibətləri gərginləşdirib.

Aprelin 15-də ABŞ prezidenti Co Bayden Rusiyaya qarşı geniş sanksiyalara yol açan fərman imzalayıb.

Bayden deyib ki, Birləşmiş Ştatlar sanksiya məsələsində “daha dərinə” gedə bilərdi, lakin münasibətlərin daha da gərginləşdirilməsini istəməyib.

O vaxt Moskva bu sanksiyalara cavab verəcəyini bildirmişdi.

Aprelin 21-də verdiyi bəyanatda Rusiya XİN bildirir ki, “Moskvaya qanunsuz sanksiyaların” qoyulmasına başqa cavab tədbirləri də hazırlanır.

XS
SM
MD
LG