Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 03:54

Azərbaycanda nazir koronavirusa yoluxub


A.Kərimov

Mədəniyyət naziri Anar Kərimov koronavirusa (COVID-19) yoluxub.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat yayılıb.

"Azərbaycan Mədəniyyət naziri Anar Kərimovdan yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb", - nazirlik bildirir.

Açıqlamaya görə, COVID-19 virusuna yoluxan A.Kərimov aprelin 16-dan müalicə olunur və hazırda vəziyyəti stabildir: "Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. İndiyədək Azərbaycanda isə ümumilikdə 303 min 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 203 nəfərin vəfat etdiyi bildirilib.

XS
SM
MD
LG