Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:13

Kolumbiya hava sərhədinin Rusiya tərəfindən pozulmasına etiraz edib


Rusiya Federal Təhlükəsizlik Xidmətinin hava komanda mərkəzi İl-96-400VPU təyyarəsi
Rusiya Federal Təhlükəsizlik Xidmətinin hava komanda mərkəzi İl-96-400VPU təyyarəsi

Kolumbiya hökuməti ölkənin hava məkanının pozulması ilə bağlı Rusiyanın Boqotadakı səfiri Nikolay Tavdumadzeyə etiraz notası təqdim edib.

Xəbər verilir ki, Kolumbiyanın hava sərhədini Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) hava komanda mərkəzi olan İl-96-400VPU bort nömrəli təyyarə pozub.

Onun “tutulması” üçün Kolumbiya hərbi hava qüvvələrinin qırıcıları qaldırılıb.

Kolumbiya silahlı qüvvələrinin xəbərində deyilir ki, insident aprelin 20-də Karib dənizi üzərində baş verib.

Rusiya təyyarəsinin qarşısına Kfir qırıcı təyyarəsi göndərilib.

Bu da xəbər verilir ki, Rusiya təyyarəsi Moskvaban uçurdu və Kolumbiya üzərindən keçəcəyi barədə əvvəlcədən bildiriş vermişdi. Lakin təyyarə Kolumbiyanın hava məkanına icazə verilmiş yerdən yox, başqa sektordfan daxil olub.

FTX-nin komanda məntəqəsinin Karib dənizi üzərində niyə uçması bildirilmir. Ehtimal olunur ki, təyyarə Nikaraquaya uçmalı idi.

Kolumbiya Rusiyadan təminat tələb edir

Kolumbiya hökuməti bildirir ki, Rusiya hərbi hava qüvvələri 2020-ci ildə ölkənin hava sərhədini iki dəfə pozub. Bundan əvvəl belə pozuntu iki dəfə 2013-cü ildə baş verib.

Həmin insidentlər Rusiyanın strateji bombardmançı təyyarələri ilə bağlı baş vermişdi.

Kolumbiya xarici işlər naziri Klaudiya Blyum deyib ki, Boqota Rusiyadan onun hava sərhədinin pozulması hallarının təkrar olunmayacağına dair qəti təminat almaq istəyir.

Kolumbiyadakı Rusiya səfirindən Moskvanın bu məsələ ilə bağlı operativ məlumat verməsi tələb olunub.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, FTX yüksək rahatlığa malik İl-96-400VPU təyyarəsini 2015-ci ildə alıb.

Bundan əvvəl müflisləşmiş şirkət təyyarəni yük daşımaları üçün nəzərdə tutmuşdu.

Daha sonra İl-96 VIP sərnişin təyyarəsi kimi Rosneft şirkətinə satılmışdı.

XS
SM
MD
LG