Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 02:45

Tullantılar artıb


Üfunətli Böyüş şor gölündən 32 ton tullantı yığıldı...
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Üfunətli Böyüş şor gölündən 32 ton tullantı yığıldı...

2020-ci ildə Azərbaycanda 3 mln. 486.5 min ton tullantı əmələ gəlib.

Dövlət Statistika Komitəsinin (DSK) aprelin 19-da yaydığı məlumata görə, bu, əvvəlki illə müqayisədə 6.4 faiz çoxdur.

DSK bildirir ki, onların 67.4 faizini bərk məişət tullantıları, 32.6 faizini isə müəssisələrin fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil edib: "Ötən il yaranmış 2 mln. 350 min ton bərk məişət tullantılarının 74.5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 25 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0.5 faizi isə ölkə daxilində satılıb".

DSK qeyd edir ki, müəssisələrin fəaliyyəti nəticəsində 2019-cu illə müqayisədə 0.1 faiz az və ya 317.2 min ton təhlükəli tullantı yaranıb. Tullantıların ümumi miqdarında onların payı 9.1 faiz olub.

XS
SM
MD
LG