Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 03:07

7 gün ictimai nəqliyyat işləməyəcək


Bir tərəfdən pandemiya artır, bir tərəfdən də avtobusda basabas
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Bir tərəfdən pandemiya artır, bir tərəfdən də avtobusda basabas

Ölkə ərazisində 7 gün ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

Bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib. Qərara əsasən, 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ictimai nəqliyyat işləməyəcək: "Azərbaycan ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11, 12 may iş günləri ilə müvafiq olaraq 8 may, 16 may istirahət günlərinin yerləri dəyişdirilib. Bununla da Ramazan bayramı günləri (13, 14 may ) də daxil olmaqla, mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq".

Azərbaycanda koronavirus pandemiyasi ilə bağlı həftə sonları ictimai nəqliyyat işləmir. Ötən ilin martından ölkədə karantin rejimidir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. İndiyə kimi Azərbaycanda isə ümumilikdə 301 min 661 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 4 min 169 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG