Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 22:55

2075 gündəlik yoluxma aşkarlanıb, 32 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2075 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 2480 nəfər sağalıb.

Bu məlumatı aprelin 21-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 33 nəfər də vəfat edib: "Azərbaycanda indiyədək ümumilikdə 305933 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 269965 nəfər sağalıb, 4235 nəfər vəfat edib, aktiv xəstə sayı 31733 nəfərdir".

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 12679, hazırkı dövrədək isə ümumilikdə 3141335 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG