Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 00:53

Xankəndi aeroportunda parad hazırlığı (VIDEO)


Xankəndi aeroportunda parad hazırlığı

Bu il mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstənin keçəcəyi gözlənir

Xankəndi aeroportunda Rusiya hərbçilərinin Qələbə Günü paradına hazırlıq məşqləri başlanıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Dağlıq Qarabağa yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti 2-ci Dünya Müharibəsində keçmiş Sovet İttifaqının qələbəsi münasibətilə təntənəli keçidin məşqlərinə başlayıb.

Xankəndi şəhərindəki aeroportda təlimlərə 400-dək Rusiya hərbçisi cəlb olunub. Təlimlərə 15-ci motoatıcı briqadanın, humanitar reaksiya mərkəzinin şəxsi heyətlərinin, hərbi polisin, xüsusi təyinatlı tibbi bölümün, eləcə də maddi-texniki təchizat bölümlərinin cəlb olunduğu bildirilir.

Bu il mayın 9-na planlaşdırılan paradda hər biri 45 hərbçidən ibarət 10 dəstənin keçəcəyi gözlənir.

Xatırlatma

Ötən il Azərbaycan Ermənistanla 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri ala bildi. Amma qoşunların təmas xəttinə 2 minədək Rusiya hərbçisi yerləşdirildi.

Rusiya kontingentinin bölgədə atəşkəsə nəzarət etdiyi bildirilir. Tənqidçilər Rusiya hərbçilərini ölkənin suverenliyinə təhdid adlandırır. Bu yaxınlarda Qarabağda rus dilinə rəsmi status verilməsi də birmənalı qarşılanmayıb, Moskvanın regionu öz protektoratına çevirməyə çalışması fikirləri gündəmə gəlib.

Azərbaycan hakimiyyəti isə baş verənlərə münasibət açıqlamır, Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığını bildirir.

Şərhlər

XS
SM
MD
LG