Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 05:11

ABŞ-da silahlı 8 nəfəri və özünü öldürüb


Arxiv fotosu

ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində silahlı 8 nəfəri öldürüb, bir neçə nəfəri isə yaralayıb.

Ötən gecəki atışma İndianapolis Beynəlxalq aeroportu yaxınlığındakı FedEx obyekti ərazisində baş verib. Polisin aprelin 16-da səhər bildirməsinə görə, silahlı insident zamanı özünü də öldürüb.

Azır dörd nəfər xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır.

Silahlının kimliyi, hələlik, açıqlanmayıb. İnsidentin səbəbi bəlli deyil.

ABŞ Prezidenti Co Bayden ölkədə silah zorakılığına qarşı mübarizə vəd edib. Onillər boyunca məktəblərdə, digər ictimai yerlərdə kütləvi atışmalar baş verir.

Silah saxlamaq ABŞ-da ziddiyyətli məsələdir. Konstitusiya buna icazə verir və vətəndaşların çoxu silahlara nəzarət qanunlarının onların hüququnu pozduğunu düşünürlər. Digərləri isə konstitusiyaya İkinci Düzəlişin kontekstdən çıxarıldığını, silaha nəzarətin bəzi formalarına aid olmadığını bildirirlər.

Şərhlər

XS
SM
MD
LG