Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:56

Lulaya qarşı ittihamlar ləğv olundu


Braziliyanın keçmiş prezidenti Luiz İnasio Lula da Silva tərəfdarlarının əhatəsində
Braziliyanın keçmiş prezidenti Luiz İnasio Lula da Silva tərəfdarlarının əhatəsində

Aprelin 15-də Braziliya Ali Məhkəməsində hakimlərin çoxluğu ölkənin keçmiş prezidenti Luiz İnasio Lula da Silvaya cinayət ittihamlarının ləğv olunmasına səs verib.

Reuters yazır ki, beləliklə onun, 2022-ci ilin prezident seçkisində indiki Jair Bolsonaroya rəqib olması üçün yol açılıb.

Qəbul olunması çoxları tərəfindən gözlənilən bu qərardan əvvəl, martın əvvəllərində Ali Məhkəmənin hakimi Edson Façin Lulanın işinə baxan aşağı instansiya federal məhkəməsinin qanunsuz qərar çıxarması barədə hökm vermişdi.

Braziliyanın baş prokuroru dərhal bu hökmdən apellyasiya şikayəti etmişdi.

75 yaşlı Lula Latın Amerikasının ən böyük ölkəsinə və iqtisadiyyatına 2003-2011-ci illərdə prezidentlik edib.

Onun prezidentliyi dövründə ölkədə sürətli iqtisadi yüksəliş baş vermişdi.

Prezident seçkisində əsas rəqib ola bilər

Lakin o, 2018-ci ildə dövlət kontraktları müqabilində enerji şirkətlərindən rüşvət almaqda ittiham olunmuş və bir il müddətində həbsxanada saxlanmışdı.

Ali Məhkəmə Lula və başqa müttəhimlərin həbsxana cəzası çəkmədən apellyasiya vermək hüququnu tanıyandan sonra keçmiş prezident azadlığa buraxılmışdı.

Tərəfdarları antikorrupsiya idarəsinin onu hakimiyyətdən salan Maşın Yuyulması adlı əməliyyatına etiraz bildirir, ittihamların siyasi motivlu olduğunu deyirdilər.

2019-cu ildə sızmış səs yazıları müstəntiqlərin ittihamın təsdiqlənməsi üçün qanunları pozduqlarına dair şübhələr yaratmışdı.

Antikorrupsiya idarəsi bu ilin fevralında ləğv olunub.

Ona qarşı ittihamlara xitam verilməsi Lulaya bir daha prezidentliyə namizəd olmaq şansı yaradır.

O 2022-ci il seçkisində populist prezident Bolsonaronun əsas rəqibi ola bilər.

Rəy sorğuları onların arasındakı populyarlıq fərqinin cüzi olduğunu göstərib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG