Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

Prezident: '...Münaqişədən sonrakı inkişafla bağlı çoxlu suallar qalmaqdadır'


"Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrans
"Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfrans

Aprelin 13-də ADA Universitetində "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfrans keçirilir.

Konfransda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Tədbiri ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev açıb.

Azərbaycan dövlət başçısı konfransda çıxış edib.

Tədbir müzakirələr, şərhlər və sual-cavabla davam edir.

AZƏRTAC-ın xəbərinə görə, prezident çıxışında deyib ki, müharibədən sonra vəziyyət dəyişib: "Atəşkəs əldə olunmasına baxmayaraq, münaqişədən sonrakı inkişafla bağlı çoxlu suallar qalmaqdadır... Biz münaqişədən sonrakı mərhələ barədə danışmazdan əvvəl başa düşməliyik ki, bu ərazilər 30 ildir işğal altındadır. Biz xatirələri, ailə üzvlərini itirən insanların və həmin ərazilərdə fundamental yaşamaq hüququ olan insanların bu hüquqdan məhrum edilməsini yaddaşlardan silə bilmərik"..

"Hər hansı ölkəyə ərazi iddiamız yoxdur"

Azərbaycan Qarabağda əsas infrastruktur layihələrini 3 il ərzində başa çatdırmağı planlaşdırır.

AZƏRTAC-ın xəbərinə görə, bunu aprelin 13-də prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransdakı çıxışında deyib.

İ.Əliyev həmçinin bildirib: "Biz tariximizi unutmayacağıq, lakin Ermənistan da daxil olmaqla, hər hansı ölkəyə qarşı heç bir ərazi iddiamız yoxdur".

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG