Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Kanada Azərbaycana görə Türkiyəyə texnologiya ixracını dayandırır


Türkiyənin Bayraktar TB2 dronları Bakıda ötən ilin dekabrında keçirilən hərbi paradda nümyiş etdirilib
Türkiyənin Bayraktar TB2 dronları Bakıda ötən ilin dekabrında keçirilən hərbi paradda nümyiş etdirilib

Kanada NATO üzvü Türkiyəyə bəzi hərbi avadanlığın və texnologiyaların ixracını dayandırıb.

Bundan əvvəl bu ölkədə Kanada dron texnologiyasından Qarabağ mühariibəsində istifadə edilib-edilmədiyinə dair araşdırma aparılmışdı.

Hələ sözü gedən təhqiqatdan əvvəl, ötən ilin oktyabrında Türkiyəyə hərbi ixrac lisenziyalarının bəziləri ləğv edilmişdi.

Kanada tərəfi bildirir ki, Türkiyə Azərbaycana hərbi dronlarla dəstək verməklə həmin lisenziyaların şərtlərini pozub.

Kanada Türkiyəyə dialoq təklif edir

Kanadanın xarici işlər naziri Mark Qarnu aprelin 12-də deyib:

“Bu təhqiqat zamanı Türkiyəyə ixrac edilmiş Kanada texnolgiyasından Dağlıq Qarabağda istifadə edildiyinə dair sanballı sübutlar aşkar edilib. Buna görə mən 2020-ci ilin payızında dayandırılmış ixracın tam ləğv olunmasına qərar vermişəm”.

Nazir bildirib ki, Kanada texnologiyalarından belə istifadə Türkiyənin kontrakt şərtlərini pozması kimi qiymətləndirilir.

Qarnu deyib ki, o bu qərar barəsində türkiyəli həmkarı Mevlud Çavuşoğlu ilə danışıb və ona gələcəkdə müdafiə ixracı avadanlığından istifadə mexanizminə dair dialoq təklif edib.

Qadağan bundan əvvəl də olub

Bu da xəbər verilir ki, qadağan hərbi avadanlıq və texnologiyaların ixracına dair 29 lisenziyaya şamil edilir. Bura Türkiyənin döyüş dronlarında istifadə edilən kameralar da daxildir.

Kanadanın apardığı təhqiqat göstərib ki, Türkiyənin Bayraktar TB2 dronlarının təsvirləmə və hədəfləmə sistemləri Kanadanın L3Harris Wescam şirkəti tərəfindən hazırlanır.

Bu da qeyd olunur ki, Kanada kamera sistemi müstəsna olaraq Türkiyə dronlarında istifadə olunur, lakin sensorların Azərbaycana ixraçı üçün heç bir lisenziya verilməyib.

Kanada bundan əvvəl, 2019-cu ildə Türkiyənin kürd qüvvələrinə qarşı şimali Suriyaya hərbi müdaxiləsi zamanı da hərbi avadanlıq ixracı lisenziyalarının dayandırlıması qərarı vermişdi.

Həmin məhdudiyyətlər sonradan yumşaldılsa da, Qarabağ müharibəsinin gedişində yenidən sərtləşdirilib.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Daha sonra 2016-cı il aprelin 2-dən 5-nə kimi cəbhədə yenidən ağır döyüşlər bərpa olunub. Rusiyanin vasitəçiliyi ilə atəşkəsin bərpa olunduğu bu döyüşlərdə Azərbaycan strateji Lələtəpə yüksəkliyini azad etmişdi.

Ötən il 44 günlük müharibə, sonrakı razılaşma nəticəsində isə Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG