Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 21:55

İranın nüvə obyektində qəza baş verib


İran, Natanz nüvə obyekti , sentyabr 2007

İranın Natanzdakı yeraltı nüvə obyektində qəza baş verib. Səlahiyyətli orqanlara görə, problemlər elektrik enerjisi ilə əlaqədardır və insan itki yoxdur.

Hadisənin dəqiq səbəbi hələ açıqlanmayıb. İran parlamentinin üzvlərindən biri qəzada bəzi xarici qüvvələrin əli ola biləcəyini deyib.

Hadisə, müəssisənin yeni santrifüjlərə qaz vurmağa başlandığı günün ertəsi baş verib.

Vaşinqton, nüvə anlaşmasının pozulduğunu nəzərə alaraq, obyektin fəaliyyətinin dayandırlmasını tələb edir. Saziş 2015-ci ildə İran ilə altı ölkə (İngiltərə, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa) arasında imzalanıb.

Həmin sazişdə beynəlxalq sanksiyaların ləğvi müqabilində İranın nüvə proqramı ilə bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutulmuşdu.


2018-ci ildə ABŞ müqavilədən çıxdı və bundan sonra İrana da birtərəfli məhdudiyyətləri qaytardı. Tehran cavab olaraq öhdəliklərində mərhələli azalma elan edərək nüvə inkişafına davam etdi.

ABŞ Prezidenti Co Bayden, müqaviləni yeniləməyə hazır olduğunu bildirib. Bu mövzuda dolayı danışıqlarötən həftə Vyanada başlayıb.

XS
SM
MD
LG