Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 00:14

Boeing 737 MAX təyyarələrində yeni problemlər aşkarlanıb


Boeing-737MAX

Boeing 737 MAX təyyarələrində qəzalara səbəb ola biləcək yeni problemlər ortaya çıxıb. Söhbət mümkün elektrik kəsintilərindən gedir. Bununla da iki illik hərəkətsizlikdən sonra yenicə istismara qaytarılan modellər yenidən angarlara qayıda bilər.

Eyni zamanda, bu sinif bütün təyyarələrin həssas olmadığı ehtimal olunur. Məlumata görə, xüsusi nümunələr artıq müəyyən edilib. Onlar 16 aviaşirkətə çatdırılıb. İstehsalçı müştərilərə elektrik sistemlərinin yoxlanışına qədər təyyarəni işə salmamağı tövsiyə edir. Əks halda, uçuş zamanı yanğın riski var.

Bu tip təyyarələrin uçuşları iki il əvvəl dünyada dayandırılmışdı. Bu iki eyni fəlakətdən sonra baş vermişdi.

Amma 737 MAX, bir proqram yeniləməsindən sonra kommersiya uçuşlarına qayıtmağa başladı.

Hətta bəzi hava yolları şikətləri tələbin azalmasından qorxaraq bu təyyarələrin adlarını dəyişdirib.

XS
SM
MD
LG