Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 03:59

İran Cənubi Koreyanın tankerini buraxıb


İranın saxladığı tanker

İran Cənubi Koreyanın üç ay öncə tutduğu tankerini buraxıb. Tanker ABŞ sanksiyalarına görə dondurulmuş milyardlarla dollar vəsaitlə bağlı mübahisə fonunda saxlanmışdı.

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi aprelin 9-da bəyanatında bildirib ki, Hankuk Çemi gəmisi və kapitanı buraxılıb, gəmi Bandar Abbas yaxınlığındakı İran limanını tərk edib.

Gəmi heyətindən 12 nəfəri daha öncə buraxılsa da texniki xidmət üçün gəmidə qalmışdılar.

Gəminin İranın Cənubi Koreyadakı bank hesablarında 7 milyard dollar yaxın vəsait dondurulandan sonra saxlanması cavab addımı hesab olunurdu. Amma Tehran rəsmi şəkildə bu hərəkətinin pulla əlaqəsi olmadığını bildirdi.

Birləşmiş Ştatlar 2018-ci ildə İranla üç il öncə imzalanmış nüvə sazişindən çıxaraq Tehrana sanksiyalar tətbiq elədi. Cənubi Koreya isə İran neftinin əsas alıcılarından idi. 2019-cu ildə Vaşinqton İran neftinin idxalına sanksiya möhlətinə son verdi.

Fevralda tərəflər İranın pulu əldə etməsi prosesini sürətləndirməyə razılaşdılar. İran həmin vəsaitin dərmana, tibbi avadanlığa, COVID-19 vaksinlərinə sərf olunacağını deyirdi.

Bu arada Vyanada İranla dünya güclərinin təmsilçilərinin görüşündə nüvə sazişi ətrafındakı problemlər müzakirə olunub.

Şərhlər

XS
SM
MD
LG