Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:36

'İnsanlar artıq əmanətləri xərcləməyə başlayıblar'


Lənkəran bazarı

Bu il aprelin 5-dən "Əmanətlərin tam sığortalanması haqqında" Qanunu "Əmanətlərin sığortalanması haqqında" Qanun əvəzlədi. Bu qanuna əsasən, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləği 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılır. Üstəlik, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarındakı vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə sığortalanır. Amma notariusların depozit hesablarında qalmış, fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam sığortalandığı vurğulanır.

Yeni vəziyyət Azərbaycanda əmanətçilərə nə vəd edir

"2021-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinə Hesablama Palatasının rəyində bildirilir ki, bankların cəmi depozit portfelinin 57.4 faizi xarici valyuta ilə yerləşdirilib. Sənəddə göstərilir ki, ötən ilin əvvəllərində valyuta bazarında izlənməkdə olan tərəddüdlər depozitlərin həcminə, o cümlədən əhalinin əmanətlərinə (azalıb) təsir göstərib: "Yaşadığımız pandemiya şəraiti bank sektoruna da təsirsiz ötüşməyib. İlin əvvəlində əhalinin əmanətlərində illik müqayisədə 4 faiz artım müşahidə edildiyi halda, qeyd etdiyimiz səbəblərdən mart ayında 5.3 faiz azalma qeydə alınıb. Növbəti aylarda isə bəzi bankların lisenziyasının ləğv edilməsi səbəbilə azalma tempi ikirəqəmli səviyyəyə çatıb".

'Inanmırıq' - Bağlanan bankların əmanətçiləri aksiya keçirdi
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

"Dəyişikliklər..."

Mərkəzi Bankdan "Turan"a bildirilib ki, qanuna dəyişikliklər koronavirus pandemiyası şəraitində qəbul olunmuş digər mühüm qərarlarla ahəngdarlıq təşkil edir: "Dəyişikliklər əmanətçilərin mütləq əksəriyyətinin əmanətinin tam qorunmasına, banklarda risk idarəetməsini təkmilləşdirməyə, bazar intizamı və rəqabət mühitini gücləndirməyə, beləliklə bank sisteminin dayanıqlığı və əmanətçilərin mənafelərinin etibarlı qorunmasına imkan verəcək".

Qurumun məlumatına görə, bundan sonra cəmi əmanətçilərin 99.9 faizinin əmanətlərinin tam qorunması təmin ediləcək: "Digər dəyişiklikliyə gəldikdə isə, fərdi sahibkarların əmanətlərin sığortalanması sisteminə daxil edilməsi hökumətin kiçik sahibkarlığın inkişafı siyasətini dəstəkləyəcək və bank sisteminə etimadın artırılmasına xidmət edəcək".

Ə.Həsənov
Ə.Həsənov

"Azərbaycanda üstəgəl başqa problemlər də var idi"

Bank məsələlər üzrə ekspert Əkrəm Həsənov isə AzadlıqRadiosuna deyib ki, son bir ildə Azərbaycanda, bütün dünyada olduğu kimi, əmanətlərin həcmi azalıb: "Pandemiya səbəbindən insanların gəlirləri aşağı düşüb və onlar yığdıqları puldan istifadə edirlər. Amma Azərbaycanda üstəgəl başqa problemlər də var idi. Ötən il dörd bank bağlandı və bütün bunlar əmanətləri azaltdı. Amma son bir ayda Azərbaycanda əmanətlərin artması müşahidə olunur".

Ekspertin sözlərinə görə, əmanətlərin artması qanunda baş verən dəyişikliklərlə bağlıdır.

Hüquqşünas habelə qeyd edib ki, "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun indiki qanunla əvəzlənməsi pozitiv haldır: "Düzdür, indiyə qədər hamı bilirdi ki, banka nə qədər pul qoysa, o qorunacaq. Amma bunun müddəti var idi. Qanun 2016-cı ildə 3 il müddətə qəbul olunmuşdu, daha sonra onu 1 il, sonra 9, daha sonra isə 4 ay uzatdılar. Müddətlərin az olması və hər dəfə uzadılması əmanətçilərdə qeyri-müəyyənlik hissini yaradırdı".

Banklar müharibə iştirakçılarının kreditlərini siləcəkmi? - Şikayət
Gözlə

No media source currently available

0:00 0:06:03 0:00

"Sistem böyük bankların xeyrinə idi"

Hüquqşünasın fikrincə, "Əmanətlərin tam sığortalanması haqqında" Qanun bank sisteminə mənfi təsir göstərirdi: "Bu sistem, faktiki olaraq, böyük bankların xeyrinə idi. Vətəndaşlar gedirdi və məbləğdən asılı olmayaraq bütün pullarını böyük banklara qoyurdu. İndi isə çox pulu olan şəxslər məcburdur ki, onları banklar arasında bölsün".

"Faizlə bağlı bir önəmli məsələ var"

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, valyuta əmanətlərində azalma müşahidə olunur: "Valyuta əmanətlərində faiz həddindən artıq aşağıdır, ona görə də insanlar riskə gedib valyutada əmanətlərini saxlamaq istəmirlər. Manatla olan əmanətlərin həcmində pozitiv dinamika var, amma burada başqa problem var. Son ayları götürsək, vətəndaşların işsizliklə, sosial problemlərlə bağlı məsələlərə görə əmanətlərdən daha çox istifadə etməsi tendensiya yaranıb. İnsanlar artıq əmanətləri xərcləməyə başlayıblar".

N.Cəfərli
N.Cəfərli

O da deyir ki, yeni qanunla əmanətlərin 99 faizdən çoxu sığortalanacaq: "Lakin burada faizlə bağlı bir önəmli məsələ var. Əmanətlərin sığortalanması üçün manatla əmanətlərin faizi 12 faizdən yuxarı olmamalıdır. Ona görə də vətəndaşlar çoxlu vəsaitləri cəlb etmək üçün yüksək faiz vəd edən bəzi bankların çağırışlarına diqqətlə baxmalıdırlar".

XS
SM
MD
LG