Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 11:59

Azərbaycan və Türkiyə yenə hərbi təlimlər keçirir


Azərbaycan və Türkiyə ordularının birgə əməliyyat-taktiki təlimləri. 8 aprel 2021

Azərbaycan və Türkiyə müdafiə nazirliklərinin birgə illik planına əsasən, bu gün, aprelin 8-də hər iki ölkənin hərbi qulluqçularının iştirakı ilə təlimlər başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamaya görə, təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir. Təlimlər aprelin 9-na kimi davam edəcək.

Aprelin 6-dan 8-nə kimi isə Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri keçirilib.

XS
SM
MD
LG