Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 01:02

Abxaziyadan Gürcüstana keçmək istəyən 4 nəfər çayda boğulub


İnquri çayı

Gürcüstan xilasediciləri aprelin 7-də İnquri çayını keçərkən boğulan 4 nəfərin cəsədlərini sudan çıxarıblar.

Gürcüstanı ondan qoparaq müstəqilliyini elan etmiş Abxaziyadan ayıran inzibati sərhəd İnquri çayı üzərinə düşür.

Xəbər verilir ki, sözü gedən şəxslər koronavirus karantinini pozaraq Abxaziyanın Qali rayonundan Gürcüstanın nəzarətində olan Zuqdidi rayonunun ərazisinə keçmək istəyiblər.

Xiasedicilər əvvəlcə üç, daha sonra isə bir meyiti də çaydan çıxarıblar.

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti bəyan edib ki, “bu ölümlər Rusiya Federasiyasının tam məsuliyyət daşıdığı işğalın qeyri-insani və kriminal təbiətini bir daha nümayiş etdirib”.

Yeganə keçid

2017-ci ildən bəri İnquri çayı üzərindəki körpü adamların Gürcüstanla əlaqəsi üçün yeganə yoldur.

Rusiya qoşunları 2008-ci ildə baş vermiş qısa müharibədən sonra Abxaziya və Gürcüstanın daha bir rayonu olan Cənubi Osetiyanı işğal edib və inzibati sərhəddən keçid sərtləşdirilib.

2017-ci ildə Gürcüstan və Abxaziya arasında olan 6 keçiddən yalnız biri saxlanıb.

Gürcüstan və separatçı bölgələr
Gürcüstan və separatçı bölgələr

Abxaziyanın Qali rayonunda yaşayan əhalinin əksəriyyəti etnik gürcülərdir.

Onlar ərzaq almaq, tibbi yardım və qohumlarını görmək üçün tez-tez Gürcüstanın nəzarətində olan əraziyə gəlirlər.

Onlardan bir çoxu pensiyalarını da Gücüstanda alır.

Həyat üçün təhlükəli karantin

Demokratiya Araşdırmaları İnstitutunun məlumatına görə Tbilisinin nəzartində olan ərazilərə baş çəkən Abxaziya sakinləri koronavirus karantininə görə beş gün özünütəcriddə olmalıdırlar.

Bu səbəbdən də Qali rayonunun bəzi sakinləri Gürcüstan ərazisinə gizli yollarla daxil olmağa çalışırlar.

İnstitutun bəyantında deyilir: “Biz dəfələrlə Gürcüstanı adamalrın həyatını təhlükəyə atan karantinin ləğv olunmasına çağırmışıq”.

2008-ci il müharibəsindən sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyan Rusiya bu ərazilərdə öz qoşunlarını saxlayır.

Gürcüstan bu rayonların əslində Rusiya tərəfindən işğal olunduğunu bildirir.

Gürcüstanda koronavirus pandemiyasının əvvəlindən indiyədək 268 min nəfər COVID-19-a yoluxub.

Onlardan 3650 nəfəri vəfat edib.

Şərhlər

XS
SM
MD
LG