Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:01

Manijanın ‘Rus qadını’ mahnısını İstintaq Komitəsi yoxlayır


Manija
Manija

Moskvada İstintaq Komitəsi müğənni Manijanın “Rus qadını” (Russian Woman) mahnısını təftiş edir.

Rusiya Eurvision 2021-də bu mahnı ilə təmsil olunmalıdır.

Bu barədə məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən TASS dövlət xəbər agentliyi yayıb.

Mahnıdan şikayəti “Veteranskiye vesti” adlı təşkilatı verib.

Təşkilat hesab edir ki, Manijanın səhnə nömrəsi “rus qadınların milli mənsubiyyətinə görə kobud təhqirinə və insan ləyaqətinin alçaldılmasına” yönəlib.

Müstəntiqlər mahnı mətnində nifrətin qızışdırlması və ya düşmənçilik əlamətlərinin olub-olmadığını müəyyənləşdirməlidirlər.

Həm də ictimai xadim

Müğənni Manija Rusiyanı bu ilin mayında Niderlandda keçiriləcək Avroviziya mahnı yarışında təmsil edəcək.

O Rusiya 1-ci telekanalının təşkil etdiyi müsabiqədə “2 Maşi” və Therr Maitz kimi populyar qrupları geridə qoyaraq qalib gəlib.

Manija - müğənni Manija Sanginin səhnə təxəllüsüdür. O 1991-ci ildə Tacikistanda doğulub. Bir neçə ildən sonra ailəsi ilə birlikdə Moskvaya köçüb.

Musiqi ilə 12 yaşından məşğul olur. Instagramda yerləşdirdiyi maraqlı videokollajları ilə tanınır.

Manija 2020-ci ildə BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarlığında Rusiyadan ilk sülhməramlı səfir olub.

Müğənni Rusiyada məişət zorakılığına qarşı kampaniyalarda iştirak edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG