Keçid linkləri

Təcili xəbərlər
2021, 14 Aprel, çərşənbə, Bakı vaxtı 00:02

BVF bu il üçün 6 faiz artım proqnozlaşdırır


BVF-nin Vaşinqtondakı ofisi

2021-ci ildə qlobal artımın 6 faiz olacağı, 2022-ci ildə 4.4 faizə düşəcəyi proqnozlaşdırılır. Bunu Beynəlxalq Valyuta Fondu (BVF) bildirir. Bu il və gələn il üçün proqnozların 2020-ci ilin oktyabrından daha güclü olduğu bildirilir.

BVF pandemiyanın bir ili tamamlanandan sonra qlobal proqnozların xeyli qeyri-müəyyən olduğunu qeyd edir. Virusun yeni mutasiyaları və insan ölümlərinin artması narahatlığı artırır, baxmayaraq ki, eyni zamanda vaksinin əhatə dairəsi də genişlənir.

Fond iqtisadi bərpanın ölkələr və sektorlar üzrə fərqləndiyini, proqnozun virusla vaksinlər arasında savaşın nəticəsindən asılı olduğunu bildirir.

2020-ci ildə iqtisadi fəaliyyətin azalması misli görünməmiş səviyyədə idi, amma daha da pis ola bilərdi. BVF əməkdaşlarının hesablamasına görə, qeyri-adi dəstək siyasəti yürüdülməsəydi, azalma üç dəfə çox ola bilərdi.

“Pandemiyanı məğlub etmək, iqtisadiyyatlarda adambaşına gəlirdəki fərqdən, ölkələr içində bərabərsizliyin davamlı artmasından yayınmaq üçün çox iş görülməlidir”, – BVF vurğulayır.

XS
SM
MD
LG