Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:53

Təyyarənin vurulmasına görə 10 rəsmi ittiham olunur


Hadisə yeri

İran ötən il Tehran yaxınlığında təsadüfən vurulmuş Ukrayna təyyarəsinə görə 10 rəsmiyə ittiham irəli sürüb. Hadisə zamanı təyyarədəki 176 nəfər həlak olub.

Tehran vilayətinin keçmiş hərbi prokuroru Qulam Abbas Torki aprelin 6-da deyib ki, 10 nəfər “məsuliyyətə cəlb olunub”, 2020-ci ilin yanvarındakı insidentlə bağlı “gərəkən qənaət”in müəyyənləşdirilməsi üçün mühakimə olunacaqlar. Xəbəri yarırəsmi ISNA agentliyi yayıb.

Torki vəzifəsini təhvil-təslim mərasimində danışıb, əlavə açıqlama verməyib.

Tehran əvvəlcə təyyarənin qəza etdiyini deyirdi, sonradan onun ölkənin havadan müdafiə qüvvələri tərəfindən “təsadüfən” vurulduğunu açıqladı. Təyyarə Kiyevə uçurdu.

İran qüvvələri bildirirlər ki, Birləşmiş Ştatlarla gərginlik yaşandığı bir dönəmdə Boeing 737 təyyarəsini raket sanaraq səhvən vurublar.

İran sonradan bunu “faciəvi səhv” adlandırdı.

Təyyarədə olanlar Əfqanıstan, Britaniya, Kanada, Almaniya, İran, İsveç və Ukrayna vətəndaşları idilər.

Şərhlər

XS
SM
MD
LG