Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 11:41

Azərbaycan və Türkiyə birgə təlimlərə başlayıb


Təlimlər aprelin 8-dək davam edəcək.

Bu gün, aprelin 6-da Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi açıqlama verib.

Açıqlamaya görə, hərbi rabitəçilər vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirirlər: "Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçirilən təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunur".

Təlimlərin aprelin 8-dək davam edəcəyi bildirilir.

XS
SM
MD
LG