Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:37

Gənclər arasında yoluxmalar artır


ABŞ-da vaksinasiya məntəqəsi
ABŞ-da vaksinasiya məntəqəsi

Blinken deyib ki, ABŞ administrasiyası ölkəiçi uğurlu vaksin kampaniyasının yetərli olmadığını bilir

Yeni Zelandiya aprelin 6-da bildirib ki, Avstraliya ilə çoxdan gözlənən karantinsiz səyahət rejimini ayın sonuna yaxın bərpa edəcək. Hər iki ölkə virusun yayılmasının önlənməsində proqres əldə edib.

Karantinsiz səyahət pandemiyanın ayırdığı ailələrin qovuşması, turizm sənayesinin dirçəlməsi deməkdir.

18-24 yaşlılar arasında yoluxmalarda pik

Yeni Zelandiyanın Baş naziri Jakinda Ardern deyib ki, səhiyyə rəsmiləri Avstraliyadan virusun yayılması riskinin az, səyahətin təhlükəsiz olmasına inanırlar.

Bu arada Birləşmiş Ştatlarda səhiyyə rəsmiləri ölkədə COVID-19-a yeni yoluxmaların yüksək, xəstəxanaya yerləşdirilənlərin isə daha gənc yetkin yaşlılar, idman proqramlarına qatılan gənclər olduğunu bildirib.

“Ölkə boyunca yoluxmalar artır və bu əsasən, daha gənc yetkin yaşlılar arasında baş verir”, – Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin Direktoru Roçel Valenski deyib.

Bəzi ştatlarda 18-24 yaşlılar arasında yoluxmalarda pik yaşanır və bir çox hallar idman məşğələləri ilə bağlıdır, o deyib.

Ölkədə yeddi günlük ortalama yoluxma sayı günə 64 minə yüksəlib, bu isə daha öncəki yeddi günlük göstəricidən 7 faiz çoxdur, rəsmilər aprelin 5-də deyiblər və hazırda gündəlik göstərici 800 civarındadır.

Qaydalara əməl etməyin vacibliyi

Valenski eyni zamanda ən həssas yaş qrupunda müsbət dəyişikliyin olduğunu deyib. Onun sözlərinə görə, yaşlılar arasında virusdan ölüm payızın əvvəli ilə müqayisədə ən aşağı həddə düşüb.

Valenski deyir ki, amerikalıların üçdə birinə, o cümlədən yaşlı vətəndaşların 75 faizinə COVID-19 vaksininin azı bir dozası vurulub. Amma buna baxmayaraq, statistika təhlükəsizlik qaydalarına əməl etməyin, maska taxmağın vacibliyini göstərir.

Birləşmiş Ştatlar aprelin 5-də bəyan edib ki, digər ölkələrlə vaksin paylaşmağın yollarını axtarır.

“Bilirəm ki, bir çox ölkələr Birləşmiş Ştatların bunu etməsini istəyirlər, COVID-in miqyasından dolayı bəzilərinin ümidsizliyi artır. Sizi eşidirik. Mümkün qədər sürətlə hərəkət etməyə söz verirəm”, – Dövlət katibi Entoni Blinken deyib.

O, Qeyl Smitin Amerikanın Qlobal COVID-19 koordinatoru təyin olunduğunu açıqlayıb. Bu arada Co Bayden administrasiyası ölkədə və xaricdə virusla mübarizə fəaliyyətini gücləndirir.

Blinken deyib ki, ABŞ administrasiyası ölkəiçi uğurlu vaksin kampaniyasının yetərli olmadığını bilir.

“Pandemiya dünyada bitməyincə ölkədə də başa çatmayacaq”, – Blinken vurğulayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG