Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 01:57

Elmlər Akademiyasının qurumu ilə bağlı cinayət işi açılıb 


Elmlər Akademiyası

Azərbaycan Milli Elmlər Akademiyasının struktur qurumu ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun bugün, aprelin 5-də yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunur ki, bəzi kütləvi informasiya vasitələrində Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabatına istinadən bəzi qurumlar, habelə Milli Elmlər Akademiyasının struktur qurumunda yol verilən pozuntulara dair yoxlama materiallarının Baş Prokurorluğa göndərilməsi barədə məlumatlar yayılıb:

“...Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır ”.

Bu da bildirilir ki, ictimaiyyət istintaqın nəticəsi barədə məlumatlandırılacaq.

Bu açıqlamaya, hələlik, Azərbaycan Milli Elmlər Akademiyasından münasibət almaq mümkün olmayıb.

Şərhlər

XS
SM
MD
LG