Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 03:38

Yoluxmada  gündəlik göstərici


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
1099 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 647 nəfər sağalıb.

Bu məlumatı aprelin 5-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 34 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 271 834 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 242 293 nəfər sağalıb, 3711 nəfər vəfat edib, aktiv xəstə sayı 25830 nəfərdir”.

Qərargahdan verilən açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6763, ötən müddət ərzində isə ümumilikdə 2 milyon 935 min 718 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Şərhlər

XS
SM
MD
LG