Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:21

Rusiyada Twitter-in sürəti mayın 15-dək azaldılacaq


İllüstrativ foto
İllüstrativ foto

Rusiyanın “Roskomnadzor” agentliyi Twitter sosial şəbəkəsinin sürətini mayın 15-dək azaldacaq.

Qurum bildirir ki, Twitter 3100 materialdan 1900-nü pozub. Bunun “uşaq pornoqrafiyası, narkotik maddələrlə bağlı və suisidal kontent” olduğu bildirilir. “Roskomnadzor” sosial şəbəkə administrasiyasının qadağan olunmuş kontenti daha sürətlə silməyə başladığını bildirir.

Twitter-ə vaxt verilib

Agentlik qeyd edir ki, şirkətin “prinsipləri və moderasiya işinin sürətini dəyişməklə” bağlı qərarını nəzərə alaraq sosial şəbəkəni Rusiya ərazisində bloklamamağa qərar verib.

“Eyni zamanda Twitter-ə qadağan olunmuş kontentin hamısını silmək, fəaliyyətini ölkə qanunvericiliyinə uyğunlaşdırmaq üçün əlavə vaxt verilir”, – “Roskomnadzor” vurğulayır.

Qurum martın 10-da Rusiya ərazisində Twitter-in sürətinin azaldılması ilə bağlı məlumat yayıb. Agentlik qərarını sosial şəbəkənin qanunsuz kontenti silməməsilə əsaslandırıb. Sözügedən kontentdə azyaşlıları intihara təşviq edən, uşaq pornoqrafiyası və narkotik maddələrdən istifadəylə bağlı məlumatların olduğu vurğulanıb.

Amma sosial şəbəkənin sürətinin azaldıldığı gün çoxsaylı dövlət internet resursları, eləcə də Kremlin, hökumətin, parlamentin hər iki palatasının saytları açılmayıb. Hakimiyyət bunu “Rostelekom”un işində nasazlıqla izah edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG