Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:21

Baş nazirin partiyası seçkini udur, amma...


Boyko Borisov

Mərkəzi Seçki Komissiyası bülletenlərin 60 faizindən çoxunun sayıldığını, GERB partiyasının 25.3 faiz səs yığdığını bildirir

Bolqarıstanın Baş naziri Boyko Borisovun sağ mərkəzçi GERB partiyası 4 aprel parlament seçkisində səslərin əksəriyyətini qazanıb, amma çoxluğu əldə etməsi çətin görünür.

Mərkəzi Seçki Komissiyası bülletenlərin 60 faizindən çoxunun sayıldığını, GERB partiyasının 25.3 faiz səs yığdığını bildirir.

Yeni antiisteblişment partiyası olan “Belə Adamlar Var” 18.5 faizlə ikinci, müxalifətin Sosialist Partiyası 15 faizlə üçüncüdür.

GERB-in 240 yerlik parlamentdə 70-dək mandat qazanacağı gözlənir. 10 ildən çoxdur siyasətdə üstün mövqedə olan Borisovun dördüncü hökumətini formalaşdırması üçün azı 121 yer lazımdır.

Təhlilçilərin fikrincə, o, sabit hakim koalisiya qurmaqdan ötrü tərəfdaş axtarmalı olacaq. Parçalanmış parlamentdə bir çox qruplar GERB ilə əməkdaşlığı rədd ediblər. Ekspertlər daha bir seçki ehtimalını istisna etmirlər.

Borisov isə opponentlərini qüvvələri birləşdirməyə çağırıb, hökumət formalaşdırmağa eyham vurub.

Son illər partiyanın bəzi üzvlərinin adları korrupsiya qalmaqallarında çəkiləndən sonra ölkədə hökumətə qarşı böyük nümayişlər keçirilib.

Şərhlər

XS
SM
MD
LG