Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 02:20

Azərbaycan və Türkiyə qoşunları birgə təlimlərə başlayır


Azərbaycan-Türkiyə-Gürcüstan, hərbi təlimlər 27 sentyabr 2019

Azərbaycan və Türkiyə ordularının rabitə qoşunları birgə təlimlərə başlayır.

Bu barədə bu gün, aprelin 4-də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda yazılıb ki, aprelin 6-da Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri başlayır.

Açıqlamaya görə, təlimlər zamanı hərbi rabitəçilər tapşırıqların yerinə yetirilməsi rayonlarına çıxarılaraq vahid rabitə sisteminin təşkil edilməsi üzrə tapşırıqları yerinə yetirəcəklər:

“Müasir rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemlərinin tətbiqi ilə keçiriləcək təlimlərdə qoşunların qarşılıqlı fəaliyyətinin təşkili, səhra idarəetmə məntəqələrinin açılması və digər tədbirlər icra olunacaq.”
Təlimlərin aprelin 8-dək davam edəcəyi bildirilir.

XS
SM
MD
LG