Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:48

2392 yeni yoluxma aşkarlanıb, 31 ölüm


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
2392 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1063 nəfər sağalıb.

Bu məlumatı aprelin 3-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 31 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 268714 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 240870 nəfər sağalıb, 3648 nəfər vəfat edib, aktiv xəstə sayı 24196 nəfərdir”

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 15585, hazırkı dövrədək isə ümumilikdə 2916745 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Son həftələr Azərbaycanda həm koroanvirusa gündəlik rəsmi təsdiqlənən yoluxmada, həm də virusa yoluxanlar arasında ölüm hallarında artım müşahidə edilməkdədir. Dünən, aprelin 2-də Azərbaycanda 2361 yeni yoluxma faktının qeydə alındığı və virusa yoluxanlardan 24-nin vəfat etdiyi açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Şərhlər

XS
SM
MD
LG