Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:47

Belarus fəal Makronun ofisinə girmək istəyib


Aleksey Kuzmiç seçki məntəqəsində
Aleksey Kuzmiç seçki məntəqəsində

Belarusiyanın aksionist rəssamlarından Aleksey Kuzmiç Fransa prezidentinin iqamətgahı olan Yelisey sarayına daxil olmaq istəyərkən saxlanıb.

AzadlıqRadiosunun Belarus xidməti xəbər verir ki, insident aprelin 1-də Parisdə baş verib.

O silahdan istifadə edərək bilərəkdən zorakılığa cəhd göstərməkdə ittiham olunur.

Kuzmiç Belarusu ötən avqustda polis tərəfindən saxlandıqdan sonra tərk edib.

Belarusda prezident seçkisi günündə Kuzmiç paytaxtın mərkəzindəki məktəblərdən birində olan seçki məntəqəsində aksiya keçirib.

O seçki kabinəsindən belində fitə ilə çıxıb. Onun sinəsinə yapışdırdığı bülletendə kişi cinsi orqanının simvolu əks etdirilmişdi. Rəssam gözlərini qırmızı yaylıqla bağlamışdı.

Onun ovuclarında və ayaqlarında Məsihin çarmıxa çəkilməsinin rəmzi kimi qırmızı mismar yerləri rənglənmişdi.

O həmin axşam bu “tamaşanı” Minskdəki Maşerov prospektində OMON-un qarşısında təkrar edib.

Orada polis səs qumbaralarından, gözyaşardıcı qazdan və suvuranlardan istifadə edirdi.

Rəssam polis tərəfindıən bir neçə sutkalığa saxlanmış və dediyinə görə orada döyülmüş və ac-susuz kameraya salınmışdı.

Onu kamerada ayaq üstdə saxlamışdılar. Rəssam bu hadisədən sonra cinayət təqibindən ehtiyat edərək xaricə qaçıb.

“Avropanın ortasında balaca bir ölkə yanır”

Kuzmiç aprelin 1-də Facebook səhifəsində Fransa prezidenti Makrona müraciətində diktaturaya qarşı qeyri-zorakı müqavimətin nə qədər mənasız olduğunu yazmışdı.

Müraciətdə deyilirdi ki, “fransızlar Avropanın ortasında kiçik bir ölkənin necə alışıb-yandığını görməlidirlər”.

Kuzmiç Facebook postunda belarusları “etirazı piknikə çevirməyə məcbur edən liberalizmi” tənqid edir.

Le Figaro qəzeti yazır ki, Yelisey sarayına soxulmaq istəyən üç nəfər saxlanıb. Onlardan birinin üstündən Molotov kokteyli tapılıb.

İstintaq aksiya iştirakçılarından birinin bu şüşəni bilərkən atdığını, yoxsa təsadüfən əlindən yerə saldığını müəyyən etməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG