Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 15:12

Pakistan TikTok-a qadağanı ləğv edir


TikTok tətbiqi

Pakistan hakimiyyəti Çinə məxsus TikTok video tətbiqinə çıxışı bərpa edib. Üç həftə öncə “ədəbsiz kontent” əsas gətirilərək tətbiq bloklanmışdı.

Aprelin 1-də Peşavar şəhər məhkəməsi qadağanı qaldırıb, media tənzimləyici orqanına “ədəbsiz kontent”i platformaya yükləməmək göstərişi verib.

“Tətbiq bizə kontentin filtrasiya və moderasiya olunacağı ilə bağlı təminat verib”, – Pakistan Telekommunikasiya İdarəsinin hüquqşünası Cahanzeb Məhsud deyib.

TikTok-un dünyada, eləcə də pakistanlı gənclər arasında populyarlığı yüksəldikcə ona daha çox tənqidi yanaşılır.

Elm və Texnologiya naziri Favad Çaudri aprelin 1-də “Pakistanın iqtisadi gələcəyinə təsir göstərə biləcək qərarlarla” bağlı xəbərdarlıq edib. Pakistan Çinin müttəfiqidir.

Oktyabrda da TikTok 10 gün ərzində bloklanmışdı. Sosial platforma onda “ədəbsizlik və əxlaqsızlıq” yayan bütün hesabları bağlamağı vəd elədi.

Şərhlər

XS
SM
MD
LG