Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 03:58

Nazir Moskvaya gedib


C.Bayramov

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moskva şəhərinə yola düşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bu gün, aprelin 1-də məlumat yayıb. Məlumatda qeyd edilib ki, o, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək. "Səfər çərçivəsində nazir Ceyhun Bayramovun həmçinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur", - məlumatda bildirilir.

MDB 1991-ci ildə SSRİ-nin süqutu ilə yaradılıb. Baltikyanı respublikalar və Gürcüstan istisna olmaqla Birliyin üzvləri keçmiş SSRİ respublikalarıdır. Baltikyanı respublikalar bu birliyin heç vaxt üzvü olmayıblar. Gürcüstan isə 2008-ci ildə Rusiyanın ona hərbi müdaxiləsindən sonra MDB-ni tərk edib.

XS
SM
MD
LG