Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 14:55

Azərbaycan yenə uduzdu, Türkiyə xal itirdi


Futbol

Martın 30-da futbol üzrə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində III tura start verilib.

Turun ilk oyun günündə dörd qrupda 10 qarşılaşma gerçəkləşib.

Azərbaycan yığması Bakı Olimpiya Stadionunda Serbiya yığmasını qəbul edib. Görüş Serbiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hesabı Serbiya açıb. Görüşün birinci hissəsi qonaqların minimal üstünlüyü ilə yekunlaşıb – 0:1. Qarşılaşmanın 59-cu dəqiqəsində ikinci qol vurulub. Özünə qarşı kobudluqdan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Emin Mahmudov hesabı bərabərləşdirib – 1:1. Matçın 81-ci dəqiqəsində Serbiya komandası ikinci topu Azərbaycan yığmasının qapısından keçirib. A.Mitroviç dubl edib.

Azərbaycan yığmasının yer aldığı A qrupunun digər görüşündə Portuqaliya səfərdə Lüksemburqun qonağı olub. Oyunda hesabı ilk meydan sahibləri açsa da, qarşılaşmanın favoriti sayılan portuqaliyalılar matçdan qalib ayrılıb-1:3

Azərbaycan yığması bundan əvvəlki oyununda da Portuqaliya yığmasına məğlub olmuşdu.

Günün bütün görüşlərində bu hesablar qeydə alınıb:

A qrupu

Azərbaycan - Serbiya - 1:2

Lüksemburq - Portuqaliya - 1:3

Xal
Serbiya7
Portuqaliya7
Lüksemburq3
İrlandiya0
Azərbaycan0

E qrupu

Uels - Çexiya - 1:0

Belçika - Belarus - 8:0

Xal
Belçika7
Çexiya4
Uels3
Belarus3
Estoniya0

G qrupu

Cəbəllütariq - Niderland - 0:7

Monteneqro - Norveç - 0:1

Türkiyə - Latviya - 3:3

Xal
Türkiyə7
Niderland6
Monteneqro6
Norveç6
Latviya1
Cəbəllütariq0

H qrupu

Kipr - Sloveniya - 1:0

Slovakiya - Rusiya - 2:1

Xorvatiya - Malta - 3:0

Xal
Xorvatiya6
Rusiya6
Slovakiya5
Kipr4
Sloveniya3
Malta1
XS
SM
MD
LG