Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:04

Yunis Səfərova ömürlük həbs istənildi


Yunis Səfərov
Yunis Səfərov

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə suçlanan Yunis Səfərova prokuror ömürlük həbs cəzası verilməsini istəyib.

Dövlət ittihamçısı martın 30-da məhkəmədə bu təkliflə çıxış edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə iclasında hakim Əfqan Hacıyev bu iş üzrə məhkəmə istintaqının yekunlaşdığını və çıxışlar mərhələsinin başlandığını elan edib.

Daha sonra çıxış edən prokuror iddia edib ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş terrorçuluq, qəsdən adam öldürməyə cəhd, dövlət çevrilişi, qanunsuz silah saxlama və sair ittihamlar məhkəmə istintaqı zamanı sübuta yetirilib.

“Belə ədalətlisinizsə, onu cəzalandırın...”

Dövlət ittihamçısı təqsirləndirilən şəxslərdən keçmiş icra başçısı və onu mühafizə edən polisi odlu silahla öldürməyə cəhddə suçlanan Yunis Səfərovun ömürlük azadlıqdan məhrum olunmasını təklif edib.

Prokuror digər təqsirləndirilən şəxslərdən Mahir Əzizov, Rasim MustafayevAkif Əliyevə 20, Firudin Zeynalov, Vüqar MəmmədovHamlet AbdullayevCeyhun Salahova 19, Cəfər ZalovCeyhun Qurbanova isə 18 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Bu işdə təqsirləndirilən şəxslər arasında iki nəfər var ki, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarkən öldürülüb. Bunlar Anar BağırovAğa Sərxanidir. Prokuror onların da təqsirli bilinməsini, lakin öldüklərinə görə cəza təyin edilməməsini istəyib.

Anar Bağırovun hüquqi varisi qismində tanınan bacısı Aynur Bağırova prokurorun çıxışına etiraz edib. O qardaşının təqsirsiz olduğunu, əksinə, hüquq-mühafizə orqanlarının cinayətinin qurbanı olduğunu vurğulayan Bağırovanın sözlərinə görə, Anarı əməliyyatda Elmar Vəliyevin qohumu güllələyib: “Belə ədalətlisinizsə, onu cəzalandırın...”

Məhkəmə prosesi aprelin 13-də vəkillərin müdafiə çıxışı ilə davam edəcək.

Xatırlatma

2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Sui-qəsdi törətdiyi bildirilən Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir.

Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.

Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.

Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG