Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Blinken suriyalılara yardımı siyasi məsələyə çevirməməyə çağırıb


Entoni Blinken
Entoni Blinken

ABŞ dövlət katibi Entoni Blinken martın 29-da fikir ayrılığı içində olan BMT Təhlükəsizlik Şurasını münaqişədən əzab çəkən Suriyaya humanitar yardımı siyasi məsələyə çevirməməyə və ərzağa ehtiyacı olan 13.4 milyon insanın naminə daha çox sərhəd keçidlərini açmağa çağırıb.

Blinken Rusiyaya və onun yaxın müttəfiqi Suriya prezidenti Bəşər əl-Əsədə eyham edərək deyib ki, Təhlükəsizlik Şurası habelə xəstəxanalara və humanitar yardım üçün yeganə açıq sərhəd keçidinə “hücumlarda iştirakı və ya bu hücumlara haqq qazandırmağı” dayandırmalıdır.

Birləşmiş Ştatlar bu ay Təhlükəsizlik Şurasının rotasiyalı sədridir və bu virtual görüşü də Blinken aparıb:

“Milyonlarla suriyalının həyatı asılı olan humanitar yardımı siyasi məsələyə çevirməyi dayandırın. Adamlar Təhlükəsizlik Şurasından yardım gözləyirlər. Gəlin bu gözlətməyə son qoyaq, hərəkət edək, Suriya xalqına köməklik göstərək”.

Martın 21-də Rusiya və Suriya hökumət qüvvələri Bab əl-Həva sərhəd keçidi yaxınlığındakı humanitar yardım karvanını atəşə tutublar
Martın 21-də Rusiya və Suriya hökumət qüvvələri Bab əl-Həva sərhəd keçidi yaxınlığındakı humanitar yardım karvanını atəşə tutublar

Blinken habelə Türkiyə sərhədində yerləşən Bab əs-Səlam və İraq sərhədindəki Əl-Yarubiyyə sərhəd keçidlərini açmağa çağırıb.

O bildirib ki, bu keçidlərdən üst-üstə 5.3 milyon suriyalı yardımla təchiz olunurdu:

"Gəlin Suriya xalqına ərzaq və dava-dərman çatdırmaq üçün daha çox çığır açaq, bu, az cığırdan daha yaxşıdır”.

Blinken habelə Suriya münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun siyasi həllinə çağırıb.

XS
SM
MD
LG